...

Azərbaycanda Yüksək Texnologiyalar Parkının biznes planı hazırlanıb

Telekommunikasiya Materials 8 Oktyabr 2014 18:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir Hüseyn Vəliyev/

"Commit" konsaltinq şirkəti Azərbaycan Yüksək Texnologiyalar Parkının biznes planını hazırlayıb. Bunu Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə deyib.

Agentliyin həmsöhbəti bildirib ki, biznes planın hazırlanması üzrə işlərin nəticəsi yaxın vaxtlarda açıqlanacaq. Hazırda parkın ərazisində arxitektura-tikinti işlərinin görülməsi üçün podratçıların cəlb edilməsi məqsədilə tenderin keçirilməsinə hazırlıq başa çatdırılır.

Yüksək Texnologiyalar Parkının təməlinin atılması ilin sonuna planlaşdırılır.

Mənbənin sözlərinə görə, parkın layihələndirilməsi üzrə texniki nəzarət ABŞ-ın "Hill International" şirkəti tərəfindən həyata keçirilir. Tikinti işləri dövlət vəsaiti hesabına maliyyələşdiriləcək.

Qeyd edək ki, Yüksək Texnologiyalar Parkının tikintisi üçün Bakının Pirallahı rayonunda 50 hektar torpaq sahəsi ayrılıb.

Parkın ərazisində inzibati və yaşayış binaları tikiləcək, inkubasiya mərkəzi, yüksək texnologiyalı məhsulların istehsalı üzrə mini zavodlar və s. yaradılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti