...

Azərbaycanda Yüksək Texnologiyalar Parkının informasiya təhlükəsizliyi üzrə memorandum imzalanıb

Telekommunikasiya Materials 15 Oktyabr 2014 13:39 (UTC +04:00)
HP şirkəti və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Yüksək Texnologiyalar Parkı" informasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında qarşılıqlı anlaşma memorandumu imzalayıblar.
Azərbaycanda Yüksək Texnologiyalar Parkının informasiya təhlükəsizliyi üzrə memorandum imzalanıb

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir Hüseyn Vəliyev/

HP şirkəti və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Yüksək Texnologiyalar Parkı" informasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında qarşılıqlı anlaşma memorandumu imzalayıblar.

Trend-in məlumatına görə, sənədi "HP Azerbaijan" şirkətinin rəhbəri İnarə Quliyeva və "Yüksək Texnologiyalar Parkı"nın icraçı direkotru Seymur Ağayev imzalayıblar.

Qeyd edək ki, "YT Park"ın təməlinin atılması ilin sonuna planlaşdırılıb. Yüksək Texnologiyalar Parkının tikintisi üçün Bakının Pirallahı rayonunda 50 hektar torpaq sahəsi ayrılıb.

Parkın ərazisində inzibati və yaşayış binaları tikiləcək, inkubasiya mərkəzi, yüksək texnologiyalı məhsulların istehsalı üzrə mini zavodlar və s. yaradılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti