...

Dövlət Neft Fondu iri layihəni maliyyələşdirməkdən niyə imtina etdi?

Telekommunikasiya Materials 15 Yanvar 2015 17:06 (UTC +04:00)
Dövlət Neft Fondu (ARDNF) Azərbaycanda genişzolaqlı internetin inkişafı layihəsini kommersiya xarakterli olduğuna görə maliyyələşdirməkdən imtina edib.
Dövlət Neft Fondu iri layihəni maliyyələşdirməkdən niyə imtina etdi?

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir Emil İsmayılov/

Dövlət Neft Fondu (ARDNF) Azərbaycanda genişzolaqlı internetin inkişafı layihəsini kommersiya xarakterli olduğuna görə maliyyələşdirməkdən imtina edib. Bu barədə Trend-ə Fonddan bildiriblər.

ARDNF-nin 2014-cü il büdcəsində bu məqsədlər üçün 100 milyon manat nəzərdə tutulub. Lakin Fond nəzərdə tutulan vəsaiti ayırmayıb, cari ilin büdcəsində isə bu vəsait nəzərdə tutulmayıb: "Bu, kommersiya layihəsi olduğuna görə onun başqa mənbələrdən maliyyələşdirilməsi qərara alınıb".

Bir müddət əvvəl rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, layihə ölkəmiz üçün mühüm əhəmiyyətə malikdir və onun iqtisadi məqsədəuyğunluğu ilə əlaqədar digər mənbələrdən maliyyə resurslarının cəlb edilməsi ilə bağlı problem görünmür: "Bu layihə uğurla reallaşdırılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti