Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir Hüseyn Vəliyev/
"Microsoft" şirkəti beynəlxalq "Microsoft BizSpark" proqramı çərçivəsində Azərbaycanın startap layihələrinin dünya bazarına çıxmasına yardım edir.
Bu barədə Trend-ə "Microsoft Azerbaijan" şirkətindən bildirilib.
"Microsoft BizSpark" proqramının üstünlükləri Yüksək Texnologiyalar Parkının biznes-inkubatorunda və "Bakcell" şirkətinin "AppLab" mobil əlavələri istehsalçılarının İnnovasiya Mərkəzində təzəcə fəaliyyətə başlayan sahibkarlara təqdim olunacaq.
"Microsoft BizSpark" proqramının təqdimatı yanvarın 31-də Yüksək Texnologiyalar Parkında keçiriləcək.