...

Azərbaycanda qaz şəbəkəsinə qoşulmaq asanlaşdırılacaq

Telekommunikasiya Materials 29 Aprel 2015 14:39 (UTC +04:00)
SOCAR şirkətinin “Azeriqaz” İstehsalat Birliyi bir sıra sosial istiqamətli elektron xidmətləri “Elektron hökumət” (e.gov.az) portalının köməyi ilə həyata keçirməyə hazırlaşır.
Azərbaycanda qaz şəbəkəsinə qoşulmaq asanlaşdırılacaq

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir Hüseyn Vəliyev/

SOCAR şirkətinin "Azəriqaz" İstehsalat Birliyi bir sıra sosial istiqamətli elektron xidmətlərini "Elektron hökumət" (e.gov.az) portalının köməyi ilə həyata keçirməyə hazırlaşır.

Bu barədə Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat-Hesablama Mərkəzindən (MHM) bildirilib.

"Azəriqaz"ın portala inteqrasiyası üçün təklif etdiyi xidmətlər qaz şəbəkəsinə qoşulmaqla bağlı elektron müraciətlərin qəbulu, "Smart-kart"ların balansının onlayn yüklənməsi və yoxlanılması, sistem səhvinə görə kartlara yüklənməmiş balansın bərpası, "Smart-kart"lara məcburi köçkünlər üçün nəzərdə tutulan limitin yüklənməsini ehtiva edir.

Bundan başqa, vətəndaşların şəxsi məlumatlar ilə bağlı mexaniki nöqsanların aradan qaldırılması üçün ilkin mərhələdə Avtomatlaşdırılmış Məlumatlandırılmış Axtarış Sistemindən (AMAS) istifadə təklif olunur. Bu məsələ ilə bağlı texniki detallar MHM və "Azəriqaz"ın mütəxəssisləri tərəfindən nəzərdən keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti