...

Azərbaycan və Rusiya poçtları təcili pulköçürmə xidmətini işə salacaqlar

Telekommunikasiya Materials 30 Aprel 2015 23:12 (UTC +04:00)
"Azərpoçt" MMC və "Rusiya poçtu" "Forsaj" sistemi üzrə beynəlxalq təcili pul köçürmələrini işə salmağa hazırlaşırlar.
Azərbaycan və Rusiya poçtları təcili pulköçürmə xidmətini işə salacaqlar

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir Hüseyn Vəliyev/

"Azərpoçt" MMC və "Rusiya poçtu" "Forsaj" sistemi üzrə beynəlxalq təcili pul köçürmələrini işə salmağa hazırlaşırlar. Bunu Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən deyiblər.

Hazırda layihə üzrə danışıqlar aparılır və xidmətin yaxın vaxtlarda tətbiq ediləcəyi gözlənilir. Bunun üçün sistemin poçt xidmətlərinin korporativ informasiya sistemlərinə inteqrasiya edilməsi lazımdır.

"Forsaj" Rusiya bazarında ən çox tələbat olan pul köçürmələrindən biridir. "Forsaj" məhsulu çərçivəsində fiziki şəxslər arasında nağd pul vəsaitlərinin qəbulu və ödənişi ilə Rusiyadaxili və beynəlxalq pul köçürmələri həyata keçirilir.

"Forsaj" sisteminin üstünlüklərindən biri pul köçürülməsinin sürəti və xidmətin geniş coğrafiyada göstərilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti