...

Monteneqronun IT-şirkətləri Azərbaycan Texnoparkına dəvət edilib

Telekommunikasiya Materials 20 May 2015 12:17 (UTC +04:00)
Azərbaycanın Yüksək Texnologiyalar Parkı Monteneqrodan olan sahibkarları cəlb edir.
Monteneqronun IT-şirkətləri Azərbaycan Texnoparkına dəvət edilib

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanın Yüksək Texnologiyalar Parkı Monteneqrodan olan sahibkarları cəlb edir. Trend xəbər verir ki, bu barədə Azərbaycan Rabitə və Yüksək Texnologilar Nazirliyinin məlumatında deyilir.

Nazirliyin məlumatına əsasən, bu sahədə əməkdaşlıq məsələləri Bakıda Azərbaycan Rabitə və Yüksək Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə və Monteneqro Elmlər naziri Saney Vlaxoviç tərəfindən müzakirə olunub.

E.Vəlizadənin sözlərinə görə, bu sahədə əməkdaşlıq Monteneqro sahibkarlarına Azərbaycan Yüksək Texnologilar Parkı çərçivəsində təqdim olunan təkliflərdən istifadə etməyə imkan verəcək. Söhbət ilk növbədə, dövlət dəstəyi və güzəştlərdən gedir.

Bundan başqa, görüşdə elmi araşdırmalar, elektron hökumət, kibertəhlükəsizlik və s. sahələrdə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

S.Vlaxoviç xüsusilə Monteneqronun Azərbaycanla elmi-texniki parrklar, biotexnologiyalar, kənd təsərrüfatı sahəsində texnologiyalar, neft-qaz sahəsinə kadrların hazırlanmasının inkişafı sahəsində əməkdaşlıqda maraqlı olduğunu dilə gəririb və bu istiqamətlərdə əməkdaşlığın müzakirə edilməsi üçün forum və seminarların təşkil edilməsini təklif edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti