...

Azərbaycanda kommunal və digər ödənişlər üzrə elektron arxiv yaradılır

Telekommunikasiya Materials 11 Sentyabr 2015 17:20 (UTC +04:00)
Azərbaycan vətəndaşları həyata keçirilmiş kommunal və digər ödənişlər üzrə şəxsi məlumatları elektron formada əldə edəcəklər.
Azərbaycanda kommunal və digər ödənişlər üzrə elektron arxiv yaradılır

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycan vətəndaşları həyata keçirilmiş kommunal və digər ödənişlər üzrə şəxsi məlumatları elektron formada əldə edəcəklər. Trend-in məlumatına görə, bunu Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) təşkil etdiyi brifinqdə MHM-in direktoru Nail Mərdanov deyib.

Onun sözlərinə görə, hazırda belə ödənişlər üzrə məlumat bazasının yaradılması ilə bağlı işlər aparılır.

Xidmət, ilk növbədə, xidmət operatorları və vətəndaşlar arasında ödənişlər məsələsi üzrə yaranan mübahisələri aradan qaldırmağa istiqamətlənib.

N.Mərdanov qeyd edib ki, Mərkəzi Kredit Reyestri ilə vətəndaşların şəxsi məlumatlara azad çıxışının təşkili məsələsi üzrə razılaşma əldə olunub: "Bu xidmət də vətəndaşların şəxsi məlumatlara çıxışını asanlaşdıracaq. Onlar şəxsi məlumatları "Elektron hökuməti" portalı vasitəsilə elektron formada əldə edə biləcəklər. Xidmət yaxın aylar ərzində vətəndaşlar üçün əlçatan olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti