Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir Hüseyn Vəliyev/
Elektron hökumətin yeni mobil platforması "Apple" qurğularının istifadəçiləri üçün əlçatandır. Bunu Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən deyiblər.
"Elektron Hökumət Portalı" adlı əlavə "AppStore" mağazasında əlçatandır. Distrubitiv dövlət qurumlarının bəzi elektron xidmətlərindən istifadə etməyə imkan verən bir sıra funksiyalardan ibarətdir.
Gələcəkdə elektron hökumətin mobil platforması "Android" əməliyyat sistemi idarəçiliyi altında işləyən qurğular üçün uyğunlaşdırılacaq.