...

Azərbaycanda "startap" layihələrin maliyyələşdirilməsi bərpa ediləcək

Telekommunikasiya Materials 6 Noyabr 2015 17:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir Hüseyn Vəliyev/

İlin sonuna müsabiqə əsasında seçilmiş "startap" layihələrin qrant maliyyələşdirilməsi üçün növbəti tranş ayrılacaq.

Trend-in məlumatına görə, bunu İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov "Yüksək Texnologiyalar Parkı" MMC-də "Startup" tədbirində deyib.

Onun sözlərinə görə, maliyyələşdirmədə yubanma "Qrant haqqında" qanuna edilmiş dəyişikliklərlə bağlıdır.

E.Zeynalov qeyd edib ki, I müsabiqə çərçivəsində 50 "startap" layihə maliyyələşdirilib: "İlin sonunadək (növbəti müsabiqə seçimi çərçivəsində) onların sayı 100-ə çatdırılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti