...

Tam yeni "Samsung Galaxy S7" və "Galaxy S7 edge" sizin olsun

Telekommunikasiya Materials 4 Mart 2016 17:01 (UTC +04:00)
Tam yeni "Samsung Galaxy S7" və "Galaxy S7 edge" smartfonlarını rəsmi satışlardan əvvəl sifariş edin!
Tam yeni "Samsung Galaxy S7" və "Galaxy S7 edge" sizin olsun

Bakı.Trend:

Tam yeni "Samsung Galaxy S7" və "Galaxy S7 edge" smartfonlarını rəsmi satışlardan əvvəl sifariş edin!

Bildiyiniz kimi, Samsung Electronics Co. Ltd. şirkəti fevral ayının 21-də, Barselona şəhərində özünün məşhur Galaxy S smartfonları sırasına tam yeni Samsung Galaxy S7 və Galaxy S7 edge cihazlarını da əlavə etdi.

Hər il olduğu kimi, bu möhtəşəm təqdimat tədbirini Azərbaycanda da izləyənlər az deyildi. Üstəlik, bu il Samsung şirkətinin sadiq Galaxy S istifadəçiləri üçün xoş bir xəbəri var! Artıq indidən, vaxt itirmədən və çox sərfəli şərtlərlə yeni smartfonları sifariş edə bilərsiniz. Bunu etmək isə çox asandır! Sadəcə İntegralplus (integralplus.az) və Baku Electronics (bakuelectronics.az) mağazaları şəbəkələrinə müraciət edin. Galaxy S7 və S7 edge smartfonunu 50 AZN avans şərti ilə öncədən sifariş etdikdə, Gear VR virtual reallıq eynəyini (ayrıca bu cihazın qiyməti 249 AZN-dir) və 80 AZN* dəyərində Oculus kontentini hədiyyə olaraq əldə edəcəksiniz. Samsung Galaxy S7 smartfonunu 1,299 AZN-a, Samsung Galaxy S7 edge smartfonunu isə 1,399 AZN-a əldə edə bilərsiniz!

Xüsusilə qeyd etmək istərdik ki, öncədən sifariş etməklə smartfonunuzu rəsmi satışlardan (18 mart) bir gün əvvəl əldə edəcəksiniz! Lakin bu da hələ hamısı deyil! Galaxy S7 və S7 edge smartfonunu Azercell rəsmi diler şəbəkələrindən alan hər kəs, Azercell-dən yarım il müddətinə aylıq 5GB internet paketi hədiyyə alır!

Galaxy S7 və Galaxy S7 edge smartfonları bazara həqiqətən də tam yeni anlayışlar gətirir. Bu cihazlarda, hətta qaranlıq şəraitdə parlaq və aydın şəkil çəkməyə imkan verən və ilk dəfə istifadə olunan Dual Pixel kamerası təqdim edilir. 5.1 düym (≈13sm) ölçülü Galaxy S7 və 5.5 düym (≈14sm) ölçülü Galaxy S7 edge 3D şüşə və metalın istifadəsi ilə yaradılıb. Və bunlar Galaxy S cihazları üçün ənənəvi olan incə dizayn, etibarlı quruluş və rahat istifadə prinsiplərinə əsaslanaraq həyata keçirilib. Bundan əlavə, dizayna heç bir xələl gətirmədən, Galaxy S7 və Galaxy S7 edge özlərinin suya və toza qarşı davamlılıq xüsusiyyəti (IP68) sayəsində, praktiki dəyər əmsallarını da artırıblar.

*Vauçerin qiyməti, şərti vahid olan 50 (əlli) ABŞ dollarının AR Mərkəzi Bankının 04.03.16 tarixli məzənnəsinə uyğun olan manat dəyəri ilə göstərilib (1 USD=1.6019 AZN).

**Aksiya, 03 mart 2016-cı il tarixindən 17 mart tarixinədək qüvvədədir.

Galaxy S7 və Galaxy S7 edge smartfonlarının ətraflı spesifikasiyaları:

Galaxy S7 Galaxy S7 edge
Əməliyyat Sistemi Android 6.0.1 (Marshmallow)
Şəbəkə LTE Cat.9(450/50Mbps)
Ölçülər 142.4 x 69.6 x 7.9mm, 152qr. 150.9 x 72.6 x 7.7mm, 157qr.
Prosessor Octa core (2.3GHz Quad + 1.6GHz Quad), 64 bit, 14 nm
Yaddaş 4GB RAM (LPDDR4), 32 (UFS 2.0) + microSD (200GB qədər)
Ekran 5.1" Quad HD Super AMOLED
2560 X 1440 (577ppi) 5.5" Quad HD Super AMOLED
2560 X 1440 (534ppi) Edge ekran
Kamera Əsas: Dual Pixel 12MP (F1.7), Smart OIS
Ön: 5MP (F1.7)
Batareya 3,000 mA/s 3,600 mA/s
Simli və simsiz sürətli enerji doldurma
Rabitə sistemləri WiFi 802.11 a/b/g/n/ac (2.4/5GHz), MIMO,
Bluetooth® v 4.2 LE, ANT+, USB 2.0, NFC, Lokasiya
Qəbuledicilər Akselerometr, Proksimitimetr, RGB işıq, Geomaqnitik qəbuledici, Giroskop, Barmaq izi, Barometr, Hall, HRM
IP Kod IP68 (suya və toza qarşı davamlılıq)

Oyunlar Yeni nəsil oyun (Vulkan API), Game Launcher, Game tools
Rəng Qara, Qızılı, Gümüşü

Məlumatın köçürülməsi
Smart Switch

Təhlükəsizlik
Samsung Knox, Find My Mobile, Smart Manager

Məqalədə:
Xəbər lenti

Xəbər lenti