...

Bakı duracaqlarında kontaktsız ödəniş sistemindən istifadə olunacaq

Telekommunikasiya Materials 10 Aprel 2016 10:00 (UTC +04:00)
May ayının sonuna qədər Bakıda bələdiyyə avtomobil duracaqlarında kontaktsız ödəniş metodundan istifadə olunacaq.
Bakı duracaqlarında kontaktsız ödəniş sistemindən istifadə olunacaq

Bakı. Hüseyn Vəliyev - Trend:

May ayının sonuna qədər Bakıda bələdiyyə avtomobil duracaqlarında kontaktsız ödəniş metodundan istifadə olunacaq.

Bu barədə Trend-ə layihəyə yaxın mənbədən məlumat verilib.

Mənbənin sözlərinə görə, bələdiyyə duracaqlarında layihənin reallaşdırılması üzrə artıq razılıq əldə olunub. Həmçinin, özəl duracaqlarda da bu yeni ödəniş metodundan istifadə edilməsi üçün danışıqlar aparılır.

Ödəniş duracaqlarda, Bakı Metropolitenində və Azərpoct məntəqələrində satılacaq xüsusi stikerlər vasitəsilə həyata keçiriləck: "Stikerin dəyəri - 0,5 manat olacaq. Lakin ilkin sınaq dövründə onlar pulsuz paylanılacaq. Stikerin balansını mobil telefondakı elektron balans hesabına artırmaq mümkün olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti