...

Azərbaycan izotopların alınması ilə bağlı hesabatı BAEA-ya təqdim edəcək

Telekommunikasiya Materials 5 Yanvar 2017 07:06 (UTC +04:00)
Sterilizə qurğusu Bakıdan 20 kilometr aralıda, Qobu qəsəbəsində yerləşəcək
Azərbaycan izotopların alınması ilə bağlı hesabatı BAEA-ya təqdim edəcək

Bakı. Hüseyn Vəliyev - Trend:

“Nüvə Araşdırmaları Mərkəzi” QSC sterilizə qurğusunun buraxılışı üçün zəruri izotoplarla bağlı lisenziyanın alınması barədə yekun hesabatı Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) təqdim edəcək.

Bu barədə Trend-ə QSC-dən məlumat verilib.

İzotopların istifadəsi üçün üç lisenziya tələb olunur. Onların alınması və saxlanması üçün tələb olunan lisenziya artıq əldə olunub, idxal və daşınma üçün tələb olunan digər iki lisenziyanın isə ilin sonunadək alınması planlaşdırılır.

Bu məsələ Fövqəladə Hallar Nazirliyi ilə BAEA arasında müzakirə mövzusudur. Lisenziya alındıqdan sonra izotoplar 3 ay ərzində ölkəyə gətirilə bilər.

Sterilizə qurğusu Bakıdan 20 kilometr aralıda, Qobu qəsəbəsində yerləşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti