Bakı. Hüseyn Vəliyev - Trend:
2016-cı ilin yekunlarına görə, Azərbaycanda genişzolaqlı internetin yayılması səviyyəsi 79 faiz təşkil edib.
Trend-in məlumatına görə, bu barədə “Market Research Reports” nəşrində yer alan analitik icmalda qeyd olunub.
Genişzolaqlı internetin yayılması səviyyəsinə görə, Azərbaycan Cənubi Koreya (91 faiz), Yaponiya (91 faiz), Sinqapur (84 faiz), Tayvan (83 faiz) və Honkonqla (79 faiz) birgə ilk beşliyə daxil olub.
İcmalda qeyd olunur ki, Azərbaycan genişzolaqlı internetin inkişafına görə Asiyada ən fəal ölkələrdən biri olub.
Azərbaycan əhalisi stasionar və mobil rabitə ilə tamamilə əhatə olunub. Ölkədə provayder xidmətləri təqdim edən müəssisələrin sayı 50-yə çatır.