...

“İnformasiya Cəmiyyətinin Təməli – Gənclər və Elektron Hökumət” layihəsinə start verilib

Telekommunikasiya Materials 30 Oktyabr 2017 18:38 (UTC +04:00)
Layihə nazirliyin və Gənclər Fondunun dəstəyilə həyata keçirilir.
“İnformasiya Cəmiyyətinin Təməli – Gənclər və Elektron Hökumət” layihəsinə start verilib

Bakı. Trend:

Elektron Hökumət Təlim-Tədris Mərkəzinin və Tələbələrin İqtisadiyyat və Menecmentlik üzrə Assosiasiyasının birgə təşkilatçılığı ilə “İnformasiya Cəmiyyətinin Təməli – Gənclər və Elektron Hökumət” layihəsinə start verilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, layihə nazirliyin və Gənclər Fondunun dəstəyilə həyata keçirilir.

3 ay ərzində elektron hökumət həllərinin istifadəsinə həsr edilmiş silsilə təlimlərin keçirilməsi, elektron xidmətlərdən istifadə barədə gənclər təşkilatlarının rəhbər və nümayəndələrini məlumatlandırmaq nəzərdə tutulub.

Ölkənin 13 regionunu əhatə edəcək təlimlərin keçirilməsində əsas məqsəd gənclərin və gənclər təşkilatlarının ən çox istifadə etdiyi e-xidmətlər üzrə biliklərinin artırılmasıdır. Təlimlərdə Gənclər Təşkilatları Milli Şurası və Gənc Sahibkarlar Şəbəkəsinin üzv təşkilatlarının və şəxslərin aktiv iştirakı gözlənilir.

Hər bir təlim qrupu 4 gündən ibarət olub 6 mövzunu əhatə edəcək:

www.e-gov.az portalı haqqında giriş;
E-imza istifadəsinin texniki və hüquqi aspektləri;
Məcburi dövlət sosial sığortası hesabatlarının təqdim edilməsi e-xidməti;
Vergilər sahəsi üzrə e-xidmətlər;
Rəsmi statistik məlumatların təqdim edilməsi üzrə e-xidmətlər;
Gömrük bəyannamələrinin və hesabatların yerinə yetirilməsi üzrə e-xidmətlər.

Təlimlərdə iştirak edənlərə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sertifikatları təqdim olunacaq.

Təlimlərdə iştirak etmək istəyən gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:

https://goo.gl/ux1JiU

Ətraflı məlumat üçün aşağıdakı vasitələrlə bizimlə əlaqə saxlaya bilərsiniz:

[email protected]

(012) 505 01 13; (077) 505 01 13

Məqalədə:
Xəbər lenti

Xəbər lenti