...

Bu iki maliyyə strukturu da e-hökumət portalına qoşuldu

Telekommunikasiya Materials 26 Yanvar 2018 20:36 (UTC +04:00)
“Bank Avrasiya” və “Molbulak” bank olmayan kredit təşkilatı "Elektron hökumət" portalı vasitəsilə kredit rəsmiləşdirilməsi üçün elektron arayış xidmətinin təqdim olunmasına başlayıb
Bu iki maliyyə strukturu da e-hökumət portalına qoşuldu

Bakı. Hüseyn Vəliyev - Trend:

“Bank Avrasiya” və “Molbulak” bank olmayan kredit təşkilatı "Elektron hökumət" portalı vasitəsilə kredit rəsmiləşdirilməsi üçün elektron arayış xidmətinin təqdim olunmasına başlayıb.

Bu barədə Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Adı çəkilən bank və kredit təşkilatı kredit əməliyyatları prosesinə elektron arayışları daxil edərək vətəndaşlara daha rahat xidmət təqdim edəcək.

Bu elektron xidmət vasitəsilə vətəndaşlar heç yerə getmədən, vaxt itkisinə yol vermədən onlayn rejimdə portala daxil olaraq sistem tərəfindən avtomatik formalaşdırılan arayışı elektron şəkildə banka, yaxud kredit təşkilatına ünvanlaya bilər. Elektron arayış hüquqi qüvvəyə malik olacaq ki, bu da bank tərəfindən kreditlərin üçün sənədlərin rəsmiləşdirilməsi prosedurunu sadələşdirəcək.

Hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin "Elektron hökumət" portalına 30-dan artıq bank və kredit təşkilatı qoşulub.

Qeyd edək ki, hazırda "Elektron hökumət" portalının istifadəçiləri 18 adda arayışı "Elektron hökumət" portalına giriş olmaqla formalaşdırmaq və ötürmək imkanına sahibdir.

Твиттер: @h_veliyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti