...

ATV və ARB telekanalları reklam satışını mərkəzləşdirib

Telekommunikasiya Materials 27 Fevral 2018 15:45 (UTC +04:00)
ATV və ARB telekanalları bu gündən reklam satışını mərkəzləşdirmək qərarına gəlib.
ATV və ARB telekanalları reklam satışını mərkəzləşdirib

Bakı. Trend:

ATV və ARB telekanalları bu gündən reklam satışını mərkəzləşdirmək qərarına gəlib.

Trend-in məlumatına görə, bu barədə telekanallar rəsmi açıqlamada bildiriblər.

Açıqlamada bildirilir ki, reklam fəaliyyətinin effektivliyini artırmaq məqsədilə, ATV və ARB telekanallarının rəhbərliyi fevralın 27-dən etibarən iki telekanalın reklam satışını mərkəzləşdirmək qərarına gəlib: "Reklam şirkətləri və bu telekanallar arasında bundan öncə mövcud olan qarşılıqlı öhdəliklər qüvvədə qalır. Razılığın detalları Azərbaycan reklam bazarının bütün iştirakçılarına təqdim olunub və bu barədə məlumatlar ictimai əhəmiyyət kəsb etmir”.

Xəbər lenti

Xəbər lenti