...

"Arianespace" Azərbaycanın ikinci peykinin buraxılacağı tarixi açıqladı - NƏ VAXT?

Telekommunikasiya Materials 6 Aprel 2018 09:01 (UTC +04:00)
Azərbaycanın ikinci geostasionar peyki "Azerspace-2/Intelsat 38"in buraxılışı mayın 25-ə planlaşdırılıb.
"Arianespace" Azərbaycanın ikinci peykinin buraxılacağı tarixi açıqladı - NƏ VAXT?

Bakı. Hüseyn Vəliyev - Trend:

Azərbaycanın ikinci geostasionar peyki "Azerspace-2/Intelsat 38"in buraxılışı mayın 25-ə planlaşdırılıb.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın peykinin buraxılışı ilə məşğul olan Fransaın "Arianespace" şirkəti bildirib.

Peyk Cənubi Amerikanın şimal-şərqində yerləşən Kuru (Qvian Kosmik Mərkəzi) kosmodromundan "Ariane 5 ECA" raket daşıyıcısının köməyi ilə orbitə buraxılacaq.

Bildirilir ki, "Ariane 5 ECA" raket daşıyıcısı Azərbaycanın peykindən başqa, eyni vaxtda orbitə Hindistanın "GSAT-11" rabitə peykini də çıxaracaq.

Qeyd edək ki, Azərbaycanın "Azerspace-2/Intelsat 38" peykinin xidmət zonasına Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxil olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti