...

“Azərpoçt” MMC-nin beynəlxalq ödəniş kartları Türkiyə poçtunun e-ticarət platformasında dəstəklənəcək

Telekommunikasiya Materials 27 Sentyabr 2018 13:00 (UTC +04:00)
“Azərpoçt” MMC-də Türkiyənin Poçt və Teleqraf Təşkilatının (PTT) nümayəndə heyəti ilə görüş keçirilib.
“Azərpoçt” MMC-nin beynəlxalq ödəniş kartları Türkiyə poçtunun e-ticarət platformasında dəstəklənəcək

Bakı. Trend:

“Azərpoçt” MMC-də Türkiyənin Poçt və Teleqraf Təşkilatının (PTT) nümayəndə heyəti ilə görüş keçirilib.

Trend-in məlumatına görə, görüşün nəticəsi olaraq “Azərpoçt” MMC və PPT arasında yeni təcili pulköçürməsi sistemi vasitəsilə mübadilə aparılması üçün qarşılıqlı müqavilə imzalanması nəzərdə tutulub.

Yeni sistem üzrə aparılacaq alqı-satqı əməliyyatları, eləcə də, bağlamanın çatdırılması əlverişli rüsumla yalnız “Azərpoçt” MMC-nin və Türkiyə PTT-nin tabeli poçt məntəqələri tərəfindən reallaşdırılacaq.

Türkiyə və Azərbaycan arasında pulköçürmələrinin mübadiləsi, həmçinin digər beynəlxalq sistemlər (“Western Union”, “Zolotaya Korona”, “Contact”, “Universal Payment Transfer”) üzərindən həyata keçirilir.

Qeyd edək ki, 2010-cu ildən etibarən Türkiyə ilə “Azərpoçt” MMC arasında onlayn pulköçürmə sistemi vasitəsilə mübadilə aparılır.

Həyata keçirilməsi nəzərdə tutulan yeni layihə çərçivəsində, eyni zamanda, “Azərpoçt” MMC-nin emissiya etdiyi bütün növ beynəlxalq ödəniş kartlarının PTT-nin e-ticarət platformasında dəstəklənməsi planlaşdırılır.

Bununla yanaşı, layihə çərçivəsində PTT ilə birgə “MasterCard” loqolu “cobrand” kartlarının emissiya edilməsi, eləcə də sözügedən kartlarla platformada həyata keçirilən əməliyyatlar zamanı bonus proqramlarının işlənməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti