...

Azərbaycan “Worldwide Broadband Price Comparison” reytinqində mövqeyini yaxşılaşdırıb

Telekommunikasiya Materials 6 Noyabr 2018 14:10 (UTC +04:00)
Azərbaycan “Worldwide Broadband Price Comparison” genişzolaqlı internet qiymətləri reytinqində 195 ölkə arasında 54-cü yeri tutub
Azərbaycan “Worldwide Broadband Price Comparison” reytinqində mövqeyini yaxşılaşdırıb

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan “Worldwide Broadband Price Comparison” genişzolaqlı internet qiymətləri reytinqində 195 ölkə arasında 54-cü yeri tutub.

Trend-in məlumatına görə, bu reytinqi Böyük Britaniyanın “cable.co.uk” saytı tərtib edib.

Əvvəlki reytinqdə Azərbaycan 57-ci yerdə qərarlaşmışdı.

Reytinqə əsasən, Azərbaycanda genişzolaqlı internetin orta illik qiyməti ayda 36,97 dollar təşkil edir ki, bu da ötən illə müqayisədə 1,06 dollar azdır.

MDB regionunda ən ucuz genişzolaqlı internet Ukraynadadır. Bu ölkədə orta illik qiymət ayda 5 dollar təşkil edir.

Reytinqə əsasən, MDB-nin böyük hissəsində genişzolaqlı infrastruktur yaxşı inkişaf edib və sağlam rəqabət bazarı mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti