...

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Hacıqabulda vətəndaşları qəbul edəcək

Telekommunikasiya Materials 5 Fevral 2019 11:06 (UTC +04:00)
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Hacıqabulda vətəndaşları qəbul edəcək
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Hacıqabulda vətəndaşları qəbul edəcək

Bakı. Trend:

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 08.02.2019-cu il tarixində saat 12:00-da Hacıqabul şəhərində Hacıqabul, Sabirabad, Saatlı rayonlarının və Şirvan şəhərinin sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Trend-in məlumatına görə, vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün Hacıqabul rayonunda 021 2043101, Şirvan şəhərində 021 2151515, Sabirabad rayonunda 021 2355155, Saatlı rayonunda isə 021 2852123 nömrəli telefonlara zəng etmək xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti