...

“Nokia”nın Rusiyadakı baş direktoru: Azərbaycanda İKT bazarı sürətlə inkişaf edir

Telekommunikasiya Materials 17 Aprel 2019 18:32 (UTC +04:00)
Azərbaycanda İKT bazarı sürətlə inkişaf edir, yeni texnologiyalar tətbiq olunur
“Nokia”nın Rusiyadakı baş direktoru: Azərbaycanda İKT bazarı sürətlə inkişaf edir

Bakı. Mətanət Nəsibova - Trend:

Azərbaycanda İKT bazarı sürətlə inkişaf edir, yeni texnologiyalar tətbiq olunur.

Bunu Trend-ə “Nokia” şirkətinin Rusiyadakı baş direktoru Rəşid İsmayılov deyib.

O qeyd edib ki, Azərbaycanda mobil rabitənin keyfiyyəti kifayət qədər yaxşıdır, müasir standartlara cavab verən sürətli internet var.

Onun sözlərinə görə, Azərbaycanda mobil rabitə operatorlarının işində heç bir problem yoxdur:

“Mobil rabitə şəbəkəsi daim genişlənir ki, bu da əhalinin ölkədəki hər üç operatorun xidmətinə artan tələbatını göstərir. Əlbəttə ki, bu istiqaməti daha da təkmilləşdirmək, keyfiyyət səviyyəsini artırmaq və istifadəçilərin mobil rabitə və yüksəksürətli internet tələbatını daha çox təmin etmək lazımdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti