Bakı. Trend:
Göyərtəsində 53 mikro və nanopeyki aparan "Veqa" raket-daşıyıcısı əvvəlcədən planlaşdırıldığı kimi avqustun 17-dən deyil, sentyabrın 1-də Fransa Qvianasındakı Kuru kosmodromundan buraxılacaq.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bunu "Arianespace"in icraçı direktoru Stefan İsrael bəyan edib.
"Veqa sentyabrın 1-də növbəti olacaq. Bu çox vacib bir buraxılışdır, çünki SSMS konsepsiyasını təsdiqləməlidir (kiçik kosmik aparatların orbitə göndərilməsi - TASS), raket-daşıyıcısı göyərtəsində 53 peyk qaldıracaq" - S.İsrael deyib.
Xatırladaq ki, "Veqa"nın buraxılışı iyunun 18-də baş tutmalı idi, lakin əlverişsiz hava şəraiti səbəbindən bir neçə dəfə təxirə salındı. Bu ayın əvvəlində "Arianespace" startın 17 avqust tarixinə təxirə salındığını açıqladı.