...

Amerikan texnonəhəngləri "Nvidia"dan "Arm's" şirkətini aldığına görə şikayət etdilər

Telekommunikasiya Materials 13 Fevral 2021 06:33 (UTC +04:00)
Amerikan texnonəhəngləri "Nvidia"dan "Arm's" şirkətini aldığına görə şikayət etdilər

Bakı. Trend:

Amerikan texnoloji şirkətləri "Google", "Microsoft" və "Qualcomm" İngiltərənin "Arm's" şirkətini nəhəng "Nvidia" tərəfindən satın alması ilə əlaqədar ABŞ antimonopoliya tənzimləyicisinə müraciət ediblər.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, korporasiyalar "Arm's"ın alınmasının çip istehsalındakı rəqabətə zərər verə biləcəyindən narahatdırlar.

Bildirilir ki, "Nvidia"nın "Arm's"ı əldə etməsi ABŞ, İngiltərə, Avropa İttifaqı və Çindəki antimonopoliya orqanlarının qanun pozuntusu tapmayacağı təqdirdə reallaşa bilər. Razılaşmanın şərtlərini təsdiqləmədən əvvəl nəzərdən keçirən federal ticari komissya "Nvidia"nın fəaliyyətindən təsirlənə biləcək üçüncü tərəflərə sorğular göndərib. Onların açıq-aşkar narazılıqları tənzimləyicinin qərarına və ya Nvidia-nı müqavilənin şərtlərini dəyişəcəyinə təsir edə biləcəyi qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti