...

Azərbaycan məktəblərinin 91 faizi internetə qoşulub - Firudin Qurbanov

Telekommunikasiya Materials 28 Sentyabr 2022 10:59 (UTC +04:00)
Azərbaycan məktəblərinin 91 faizi internetə qoşulub -  Firudin Qurbanov
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan məktəblərinin 91 faizi internetə qoşulub.

Trend-in məlumatına görə, bunu təhsil nazirinin müavini Firudin Qurbanov Şərq tərəfdaşlığının elektron infrastrukturlar üzrə 5-ci konfransı zamanı deyib.

Onun sözlərinə görə, 2015-ci ildə bu göstərici 47 faizi təşkil edirdi, 2000-ci illərin əvvəllərində isə mindən çox şagirdə bir kompüter düşürdü.

"Bu gün dünyada 4,5 milyard nəfərin internetə çıxışı var, elektron qurğuların sayı isə 35 milyardı ötür. 2035-ci ilədək bu rəqəmin 75 milyarda çatacağı gözlənilir", - deyə o bildirib.

Nazir müavini bildirib ki, Azərbaycanın 21 təhsil müəssisəsi Avropa tədris platformalarına çıxış imkanlarına malikdir və gələcəkdə bu say artırıla bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti