...

Apple öz cihazlarında Intel prosessorlarından imtina edib

Telekommunikasiya Materials 7 İyun 2023 04:45 (UTC +04:00)
Apple öz cihazlarında Intel prosessorlarından imtina edib

Bakı. Trend:

Apple şirkəti Intel prosessorlarından istifadə etməkdən imtina edərək kompüterlərinin öz ARM-prosessorlarına keçidini uğurla başa çatdırıb.

Trend xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında bildirilir.

Mac kompüterləri və noutbukları üçün səhifədə artıq Intel prosessorları ilə işləyən qurğular qeyd edilmir. Bu dəyişiklik WWDC tərtibatçıları üçün tədbirindən sonra vebsaytın yeniləməsi ilə əlaqədardır.

Korporasiyanın monobloklarından birinin təsvirində qeyd olunur ki, Mac kompüterləri Apple Silicon prosessorlarının istifadəsi ilə transformasiya edilib ki, bu da Apple şirkətinin öz prosessorlarından istifadə etdiyini göstərir.

Həmçinin, Intel prosessorlu qurğular Apple onlayn mağazasında mövcud olan məhsul xəttindən də silinib. Beləliklə, Apple 3 ildən az müddətdə Apple Silicon prosessorlarına keçidi tamamlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti