...

"Apple" şirkətinin həmtəsisçisi Bakıda sammitdə iştirak edəcək

Telekommunikasiya Materials 11 Avqust 2023 13:24 (UTC +04:00)
"Apple" şirkətinin həmtəsisçisi Bakıda sammitdə iştirak edəcək
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

"Apple" şirkətinin həmtəsisçisi Stiv Voznyak Bakıda keçiriləcək "Inmerge Innovation Summit Baku" sammitdə iştirak edəcək.

Trend xəbər verir ki, Voznyak sammitin açılış mərasimində çıxış edəcək.

Açılış mərasimində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, "Trendyol" şirkətlər qrupunun prezidenti Çağlayan Çətin, İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva da çıxış edəcək.

Qeyd edək ki, "Inmerge Innovation Summit Baku" 30 noyabr - 1 dekabr tarixlərində Bakı Konqres Mərkəzində keçiriləcək. Tədbirdə beyxnəlxalq təşkilatların rəhbərləri, eləcə də, Azərbaycanın iri şirkətlərinin nümayəndələri iştirak edəcək.

Daha çox Stiv Voznyak kimi tanınan Stefan Qeri Voznyak amerikalı ixtiraçı, elektronçu-mühəndisdir və Stiv Cobsla birgə "Apple" kompüter şirkətinin əsasını qoyub. Voznyak ilk fərdi kompüterləri layihələndirməklə sahənin inkişafını müəyyən edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti