...

Orta Dəhliz Şərqlə Qərb arasında körpüyə çevrilir - İrakli Qaribaşvili

Telekommunikasiya Materials 24 Noyabr 2023 15:12 (UTC +04:00)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Orta Dəhliz Şərq və Qərb ölkələrini birləşdirən körpüyə çevrilir.

Trend cümə günü xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) Bakıda keçirilən sammitində çıxışında deyib.

"Orta Dəhliz regionda etibarlı tədarük kanalı mövqeyi tutub. Azərbaycan və digər həmkarlarımızla dəhlizdəki çatışmazlıqların aradan qaldırılması üzərində çalışırıq", - o deyib.

Onun sözlərinə görə, Gürcüstan nəqliyyat infrastrukturunu fəal şəkildə inkişaf etdirir, hökumət avtomobil və dəmir yollarının inkişafına sərmayə qoyub. Hazırda Tbilisidə magistral yollar və yeni hava limanı tikilir.

Qeyd edək ki, Orta Dəhliz Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Şərqi Avropa ölkələri vasitəsilə Çinin və Avropa İttifaqı ölkələrinin konteyner dəmir yolu yükdaşıma şəbəkələrini birləşdirir.

Çoxtərəfli multimodal nəqliyyat infrastrukturu Xəzər və Qara dənizlərin bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri ilə birləşdirir.

Orta dəhliz Çindən Türkiyəyə, eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük daşımalarının artmasına töhfə verir.

Bu dəhlizlə hərəkət edən blok qatarı Çindən Avropaya malları orta hesabla 20-25 günə çatdırır və bu, bu nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.

Xəbər lenti

Xəbər lenti