...

Bakıda ilk Rəqəmsal İmkanlar Mərkəzi yaradılacaq

Telekommunikasiya Materials 30 Noyabr 2023 11:48 (UTC +04:00)
Bakıda ilk Rəqəmsal İmkanlar Mərkəzi yaradılacaq
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Gələn il bakıda Rəqəmsal İmkanlar Mərkəzinin yaradılması planlaşdırılır.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Bakıda keçirilən "InMerge" sammitində çıxışında deyib.

"Gələn il İqtisadiyyat Nazirliyi Bakıda ilk Rəqəmsal İmkanlar Mərkəzini yaradaraq istismara verməyi planlaşdırır. Bu mərkəz məhsuldarlıq və rəqabət qabiliyyətini artırmaq üçün şirkətlərimizə innovasiyaları tətbiq etməkdə və öz proseslərini rəqəmsallaşdırmaqda kömək edəcək. Eyni zamanda, innovatorlarımız bu mərkəzdə öz rəqəmsal innovasiyalarını nümayiş etdirə biləcəklər. Həmçinin, şirkətlərimizə bütün rəqəmsallaşdırma və innovasiya prosesində kömək edəcək kompleks dəstək proqramını işə salmağı planlaşdırırıq. İnnovasiyanı bir proses olaraq gördüyümüzdən, sahibkar və innovatorlarımızı ideyadan hazırlığa və hazırlıqdan tətbiqə qədər bütün bu proses boyu dəstəkləyəcəyik", - o deyib.

Nazir müavini İqtisadiyyat Nazirliyinin "City Digital Twins" kimi cəmiyyətyə və dövlətə fayda gətirəcək yeni texnologiyalara da diqqət ayırdığını qeyd edib.

"Ölkəmizin tərəqqisində ixtisaslaşmış rəqəmsal işçi qüvvəsinin mühüm rolunu təsdiqləyərək, digər nazirliklər və dövlət orqanları ilə sıx əməkdaşlığa başlamışıq. Kollektiv səylərimiz ölkəmizdə rəqəmsal istedadların inkişafına yönəlib ki, bu da milli prioritetlərimiz olan rəqabətqabiliyyətli insan kapitalı və müasir innovasiya məkanı ilə uyğunluq təşkil edir", - deyə o əlavə edib.

Qeyd edək ki, "InMerge" İnnovasiya Sammiti 30 noyabr - 1 dekabr tarixlərində Bakı Konqres Mərkəzində keçirilir.

Regionda innovasiyalar üzrə ən böyük sammit hesab edilən "InMerge Innovation Summit" innovasiyaları və mümkün əməkdaşlıqları müzakirə etmələri üçün regionun aparıcı şirkətləri, startaplar, eləcə də investorları bir araya gətirmək məqsədi daşıyır.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti