...

Microsoft Bakıda nümayəndəliyinin açıldığını rəsmən elan edib

Telekommunikasiya Materials 28 Fevral 2006 12:51 (UTC +04:00)
Microsoft  Bakıda nümayəndəliyinin açıldığını rəsmən elan edib

Microsoft korporasiyası fevralın 28-də Bakıda nümayəndəliyinin açıldığını rəsmən elan edib. Bu barədə Trend məlumat yayıb. Microsoft-un Bakıdakı nümayəndəliyinin baş meneceri əvvəllər Microsoft -un Ukrayna ofisinin başçısı olan Vladimir Çaykovski təyin edilib.

V.Çaykovskinin sözlərinə görə, korporasiyanın fəaliyyətinin əsas istiqamətləri tərəfdaşlıq şəbəkəsinin, təhsil proqramlarının inkişafı, kiçik və orta biznesin seqmentinin və topdansatış seqmentinin inrkişafı üçün xüsusi proqramlar olacaq.

"Nümakyəndəliyini yaradılmasında məqsəd bütün dünyada Microsoft-un qabaqcıl texnologiyadan, bilik və təcrübədən istifadə etməklə ölkə cəmiyyətinin inkişafına yardım etməkdir", - deyə o, qeyd edib.

MDB ölkələri üzrə Microsoft-un baş direktoru Sergiuş Viza Azərbaycanda ofisin açılmasının əhəmiyyətini qeyd edib. Nümayəndəlik açmazdan əvvəl biz İT texnologiyalarının lokal bazarının potensialının aşkar olunması üzrə tədqiqatlar apardıq və onun hazırlıq dərəcəsini öyrəndik. Azərbaycanda inteqrasiyanın miqyası, ölkənin inkişafının dinamikası, beynəlxalq təşkilatlar tərəfindən bir sıra layihələrin həyata keçirilməsi Azərbaycanda biznesin inkişafının zəruriliyi barədə bizim qərarımızı şərtləndirdi. Ölkənin IT bazarı digər ölkələrlə müqayisədə çox da böyük deyil, lakin biz bu sahədə dinamikanı sezə bilmişik və buna görə də biz burdayıq", -deyə sonda Serqiuş Viza bildirib.

Korporasiyanın nümaynədəsi 2006-cı ildə nümayəndəliyin 1 mln.dollardan artıq sərmayə qoyacağını bildirib.

Xəbər lenti

Xəbər lenti