...

Caspel Wi-Max və Wi-Fi iternet xidmətlərinə yüksək tələbatın olmadığını göstərir

Telekommunikasiya Materials 18 İyul 2006 17:28 (UTC +04:00)

3COM-un Azərbaycandakı rəsmi tərəfdaşı Caspel tərəfindən aparılmış təhlilin nəticələri Wi-Max i Wi-Fi internet xidmətlərinə yüksək tələbatın olmadığını göstərir. Caspel-in baş meneceri Mübariz Piriyevin Trend ə bildirdiyinə görə, Azərbaycanda bu xidmətləri göstərən bir sıra şirkətlər var.

"Bizim təhlilimiz göstərdi ki, hələlik Azərbaycanda bu xidmətlərə böyük tələbat və maraq yoxdur" - deyə o qeyd edib.

Şirkət rəhbəri hesab edir ki, lazım gəldikdə Caspel həmişə yerli bazarda bu xidmətləri göstərə bilər.

Wi-Fi - rəqəmsal məlumatların ötürülməsi formatlarından biridir. Bu, dünyada istifadəçiləri kollektiv surətdə internetə qoşa bilən populyar texnologiyadır. Wi-Fi modulu ilə təchiz olunmuş portativ kömpüterin sahibi ayrılmış xəttin 11 Mbit/san-lik gücünə müvafiq sürətdə internetə qoşula bilər. Modem və simsiz internetə qoşulmaq mümkündür..

Wi-Max -2003-cü ilin yanvarında qəbul olunmuş və 10 tanınmış şirkətin daxil olduğu sənaye qrupu tərəfindən dəstəklənən simsiz rabitə standartının kommersiya "adı"dır.

Xəbər lenti

Xəbər lenti