...

Aztelekom İB yeni universal telekommunikasiya sistemini təqdim edib

Telekommunikasiya Materials 31 İyul 2006 11:43 (UTC +04:00)

Aztelekom İB yeni universal telekommunikasiya sistemini təqdim edib. Trend in Rabitə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verdiyi kimi, yeni sistem 4 moduldan - IP ATC-IP, Call Center, CRM və universal ödəmə kartından ibarətdir.

Call-center səs çağırışlarının işlənməsi üzrə avtomatlaşdırılmış mərkəzdir və iki əsas iş rejiminə malikdir: səslərin qəbulu və zənglərin generasiyası. Bu xidmətlə beynəlxalq, şəhərlərarası, mobil və peycinq rabitə operatorları, müxtəlif maliyyə institutları, nəqliyyat və ticarət firmaları maraqlana bilər. CRM modulu - müştərilərlə qarşılıqlı əlaqəni idarəedən, dəyərlərin uzunmüddətli prespektivdə optimallaşdırılmasına yönəldilmiş, müştəriləri cəlb və idarəetmə üzrə işgüzar strategiyadır.

Universal ödəmə kartı modulu təkcə İnternet xidmətlərinin ödənilməsini nəzərdə tutmur. IP telefoniya, adi telefonlar və ya taksofonlar vasitəsilə dünyanın istənilən nöqtəsində əlaqə yaratmaq mümkündür. Bu xəritələrin köməyi ilə IP telefoniya borcu və bu kimi digər xidmətlər ödənilə bilər.

Xəbər lenti

Xəbər lenti