...

Azərbaycanın rabitə naziri Quba rayonunda olub

Telekommunikasiya Materials 11 Oktyabr 2006 17:49 (UTC +04:00)

Bu gün Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Quba rayonunda olub. Nazirliyin mətbuat xidmətinin başçısı Müşfiq Əmirovun Trend ə verdiyi xəbərə görə, səfərin başlıca məqsədi rabitə və telekommunikasiya sahəsində rayon sakinlərinin problemləri ilə tanış olmaqdır.

Onun sözlərinə görə, nazir rayonun bir sıra kəndləri, o cümlədən Xınalıq kənd sakinləri ilə görüşlər keçirib.

Ə.Abbasovu Aztelekom İB-nin rəhbəri Məhəmməd Məmmədov, Teleradio İB-nin rəhbəri İlham Əhədov, Azərpoçt İB-nin rəhbəri Qəmbər Bəybalayev və b. müşayiət edib.

Mətbuat xidmətinin başçısı həmçinin qeyd edib ki, Ə.Abbasov nazirliyin müvafiq qurum başçılarına rayon kəndləri üzrə bir sıra işlərin görülməsi haqqında sərəncam verib.

Səfər dövlət başçısının bu yaxınlarda Qubaya səfəri zamanı bölgənin sosial-iqtisadi inkişafı istiqamətində müəyyən tədbirlərin görülməsi haqqında verdiyi sərəncamdan sonra baş tutub.

Xəbər lenti

Xəbər lenti