...

Bakıda "Oracle-ın texnoloji seminarı" keçiriləcək

Telekommunikasiya Materials 27 Oktyabr 2006 18:58 (UTC +04:00)

Korporativ proqram təminatının ən böyük istehsalçısı və məlumat bazası idarəsi sistemləri (MBİS) sahəsində dünya lideri Oracle korporasiyası Bakıda "Oracle-ın texnoloji seminarı"nı keçirir. Şirkətdən Trend ə verilən məlumata görə, seminar noyabrın 8-də Grand Hotel Europe Baku-da keçiriləcək.

Seminar müasir informasiya texnologiyaları əsasında müəssisənin idarəetmə mövzusuna həsr olunub.

Oracle-ın MDB ölkələrindəki nümayəndəliklərinin ekspertləri tədbirdə son texniki yenilikləri təqdim edəcək, Oracle texnologiyalarının müxtəlif şirkətlərdə istifadə edilmə təcrübəsindən, eləcə də biznesin səmərəliliyinin artırılması, gündəlik biznes və informasiya məsələlərinin həlli üçün informasiya texnologiyalarının tətbiqi haqqında danışacaqlar.

Seminarda baş, maliyyə və kommersiya direktorlarının, informasiya texnologiyaları departamentlərinin direktoru, satış və biznesin inkişafı üzrə direktor, eləcə də Azərbaycan müəssisələrinin müxtəlif bölmələrinin rəhbərlərinin iştirak edəcəyi gözlənilir.

Seminarı giriş sözü ilə Oracle texnologiyalarının MDB ölkələrində satışı üzrə direktoru Mariya Kuvanova və şirkətin regional nümayəndəsi (Azərbaycan və Gürcüstan) Aleksey Lapirov "Oracle-ın informasiya arxitekturası uğurlu korporativ strategiya elementi kimi" təqdimatla açacaq. Seminar 3 texnoloji sessiyada keçiriləcək. Birinci sessiyada Oracle-ın MDB ölkələri üzrə baş məsləhətçisi Nikolay Danyukov "Oracle MBİS- təhlükəsizlik sahəsində nailiyyətlər (Database Iault, Secure Backup)" təqdimatı ilə çıxış edəcək. İkinci sessiyada şirkətin regional (Azərbaycan və Gürcüstan) nümayəndəsi Aleksey Lapirov "Oracle Business Intelligence Suite - biznes - analiz və korporativ hesabat üçün platforma" təqdimatı ilə, Oracle texnologiyaları üzrə texniki məsləhətçi Yuri Piskarev "Oracle Collaboration Suite - iri həcmli müəssisələrdə birgə işin idarə olunması" təqdimatı ilə çıxış edəcək.

Sonuncu sessiyada "Oracle SOA Suite - yönləndirilmiş arxitektura servisinə həllərin qurulması üçün şirkətlərin seçimi" və "Oracle Portal əsasında korporativ portalların qurulması" mövzusunda məruzələrlə Oracle iAS Portal texnologiyaları üzrə aparıcı məsləhətçi Andrey Saxarov çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti