...

Azercell Bakıda və Azərbaycanın bölgələrində 40 yeni stansiya quraşdırıb

Telekommunikasiya Materials 2 Noyabr 2006 20:51 (UTC +04:00)

Azercell Telekom BM Azərbaycanda əhatə dairəsini daha da genişləndirmək və keyfiyyətli telekommunikasiya xidmətləri göstərmək üçün işlərini davam etdirir. Trend şirkətə istinadən xəbər verir ki, BM oktyabr ayında Bakıda və respublikanın müxtəlif bölgələrində (Sumqayıt, Qax, Zərdab, Naxçıvan, Şəki, Oğuz, Lerik və Ağcabədi) daha 40 yeni radiobaza stansiyası quraşdırıb.

Bu, Azercell Telekom BM-in bölgələrdə yaşayan abunəçilərinə yalnız paytaxtla deyil, dünyanın istənilən nöqtəsi ilə fasiləsiz və dayanıqlı rabitə əlaqəsi yaratmasına imkan verir. Ölkəmizin mobil operatoru ilin sonuna kimi ümumilikdə 380 stansiyanın quraşdırılmasını planlaşdırır. Bütövlükdə isə operator rabitə xidmətini təmin etmək üçün 2 rezervləşdirilmiş abonent bazası, 11 baza stansiyalarına nəzarət sistemi, 13 mobil rabitə kommutasiya mərkəzi və 1000-dən çox baza radiostansiyasına malikdir.

Xəbər lenti

Xəbər lenti