...

Azərbaycan Rabitə Nazirliyi Paris məhkəməsinin Malta FİM Bankının işi üzrə rəsmi qərarını alıb

Telekommunikasiya Materials 28 Noyabr 2006 12:49 (UTC +04:00)

Rabitə Nazirliyi və Pochtbank SKB-nin zəmanətilə nazirliyin güya mövcud olmayan Aztell ($3035000) və Baktell - ($1560000) müəssisələrinə verilmiş kreditin ödənilməməsi faktı üzrə 2004-cü ilin iyulunda Azərbaycan hökümətinə qarşı iddia ilə çıxış edən Malta FİM Bankının (First International Merchant Bank) işi üzrə Paris Məhkəməsinin ali instansiyasının (Tribunal Le Grande Instance de Paris) qərarı Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə gəlib.

Trend Nazirliyin hüquq və insan ehtiyatları şöbəsinin rəhbəri Bəxtiyar Məmmədova istinadən məlumat verir ki, qərar oktyabrın 13-də keçirilən məhkəmə iclasının nəticələrinə əsasən noyabrın 10-da qəbul olunub.

Məhkəmənin qərarına müvafiq olaraq, bank Azərbaycan tərəfinə mənəvi zərərə görə 5 min avro və məhkəmə -prosedura məsələlərinə çəkilən xərclər üçün isə əlavə 900 avro ödəməlidir.

Nazirliyin nümayəndəsinin sözlərinə görə, dekabrın 18-də Rotterdam məhkəməsi bu iş üzrə adı çəkilən şahidlərin dinləmələrini keçirmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti