...

Web Money Qafqaz ölkələrindən yalnız Azərbaycanda fəal işləyir

Telekommunikasiya Materials 12 Dekabr 2006 18:23 (UTC +04:00)

Qafqazın üç keçmiş sovet respublikası arasında elektron pulköçürmə sistemi "Web Money" yalnız tam şəkildə Azərbaycana verilib ki, bu da çox güman, onun iqtisadiyyatının xammalçıxarma xassəsi ilə bağlıdır. Trend in verdiyi xəbərə görə, bu barədə "Web Money Transfer"-in icraçı direktoru Viktor Turskov məlumat verib. Onun sözlərinə görə, Azərbaycanda "Web Money"in bir "Web Money" saxlanc doldurma məntəqəsi, bir "Web Money" kart satış məntəqəsi və mindən artıq attestat almış istifadəçisi var. Bu yaxınlarda Gürcüstanda yeganə "Web Money" punktunun yerləşdiyi gürcü bankının liseziyası geri alınıb. Gürcüstan Milli Bankı "Web Money" punktunun yerləşdiyi "Tbilbiznesbank" gürcü ticarət bankının lisenziyasını geri alıb. "Web Money"-in ilk və yeganə nöqtəsi yazda Tiflisdə, "Tbilbiznesbank"da açılıb. Lakin bu, "Web Money Geo"nun dəyişmə məntəqələri siyahısına salınmayıb. Bu ondan xəbər verir ki, o, demək olar ki, fəaliyyət göstərməyib və müştərilərin sistemə giriş kanalı bir qayda olaraq İnternet şəbəkəsində yerləşib.
"Web Money Geo"nun məlumatlarına görə, indi Gürcüstanda "Web Money"in doldurma-saxlanc məntəqələri, "Web Money" -kart satış nöqtələri və dəyişmə məntəqələri yoxdur. Ölkədə sistemin attestatlı istifadəçilərinin sayı 856 nəfərdir.

Xəbər lenti

Xəbər lenti