...

Bakcell Azərbaycan 4G texnologiyasını tətbiq edəcək

Telekommunikasiya Materials 14 Dekabr 2006 15:39 (UTC +04:00)

Bakcell Azərbaycan 4G- dördüncü nəsil rabitə texnologiyasını tətbiq etmək niyyətindədir. Rabitə və informasiya texnologiyaları Nazirliyindən "trend"ə verilən cəbərə görə, bu texnologiyanı 2010-cu ilədək gerçəkləşdirmək planlaşdırılır. Əvvəllər şirkət bu xidməti Baku Tel 2006 sərgisinin gedişində təklif edirdi. Texniki baxımdan dördüncü nəsil şəbəkəsinin əvvəlkilərdən fərqi ondadır ki, 3G özündə verilənlər paketinin və səs trafikinin ötürülməsi protokolunu birləşdirirsə, 4G tamamilə verilənlərin ötürülməsi paketi protokolunun əsasında qurulub.

4G standartlarının istifadəsi sorğular və verilənlərin ötürülməsi zamanı az bir vaxtda cavabı əldə etməyə kömək edir. Korrektə zamanı ötürmə tezliyi başqa mobil şəbəkələrdən daha yüksək əhəmiyyətli tərtibə nail olur.

Bakcell şirkəti 1994-cü ildə Azərbaycan Rabitə Nazirliyi ilə əməkdaşlıq zəminində birgə müəssisə kimi yaranıb.1994-cü ildə Bakcell analoji rabitə (ETACS) xidmətləri təqdim edərək şirkət kimi fəaliyyətə başlayıb. 1998-ci ilin dekabrından GSM müasir telekommunikasiya texnologiyalarının təbiqinə başlayıb. 2003-cü ilin dekabrında özəlləşdirilmə prosesi başa çatdı ki, bunun nəticəsində 2004-cü ilin yanvarından başlayaraq, Bakcell özəl şirkət kimi fəaliyyət göstərir. Bu gün şirkət bütün ölkə üzrə 700 mindən artıq abonentə xidmət gösətrir.

Xəbər lenti

Xəbər lenti