...

Serkan Elden Fintur Holdings şirkətinin baş icraçı direktoru təyin olunub

Telekommunikasiya Materials 27 Dekabr 2006 19:41 (UTC +04:00)

"TeliaSonera" yeni təşkilati strukturun noyabr ayında verdiyi elana əsasən, Serkan Elden "Fintur Holdings" şirkətinin baş icraçı direktoru təyin olunaraq, ondan öncə Avrasiya üzrə "TeliaSonera" şirkətinin prezidenti vəzifəsini icra edən Erdal A. Durukanı əvəz edib. Elden yeni vəzifəsinin icrasına 1 yanvar 2007-ci il tarixində başlayacaq. Bu barədə Trend Azercell Telecom BM-in mətbuat xidmətinə istinadən xəbər verir.

Baş icraçı direktor təyin olunmadan əvvəl Serkan Elden son 2 il ərzində "Fintur" şirkətinin idarə heyətində Avrasiya üzrə korporativ idarəetmə, birləşmələr və əməkdaşlıq sahəsində sərmayələr üzrə baş məsləhətçi vəzifəsində çalışıb. Daha əvvəl isə o, inkişaf etməkdə olan ölkələrdə yaranan bazarların hüquqlarının mdafiəsi fondu olan Amerika Beynəlxalq Qrupu (AIG) və ABŞ hökümətinin maliyyə dəstəyi ilə yaradılmış Mərkəzi Amerika - Asiya Fondu daxil olmaqla, keçmiş Sovet məkanında fəaliyyət göstərən sərmayə və məsləhətçi şirkətlərin meneceri vəzifəsində çalışıb.

"Fintur" şirkətinin keçmiş baş icraçısı E.Durukan "Fintur Holdings B.I." şirkətlər qrupunun Direktorlar Şurasının sədri təyin olunaraq, 27 noyabr 2006-cı il tarixdən etibarən Kim İqnatiusu əvəz edib.

"Turkcell" (41,45%) və "TeliaSonera" (58,55%) şirkətlərinin birgə müəssisəsi olan "Fintur Holdings B.I." şirkəti 1996-cı ildən etibarən Avrasiyada "TeliaSonera" şirkətlər qrupunun fəaliyyətlərini idarə edir. "Fintur Holdings" Azərbaycanda (Azercell), Gürcüstanda (Geocell), Qazaxstanda (K-Cell) və Moldovada (MoldCell) mobil rabitə operatorlarının əsas səhmdarıdır. Şirkət abunəçilərinin ümumi sayı 6,8 milyon, əməkdaşlarının ümumi sayı isə 1893 nəfərdir.

Xəbər lenti

Xəbər lenti