Azərbaycan Dövlət Neft Fondu proqram təminatının hazırlanması ilə bağlı tender elan edib
Azərbaycan Dövlət Neft Şirkəti proqram təminatının hazırlanması və müvafiq xidmətlər göstərilməsi ilə bağlı tender elan edib. Bu barədə Fonda istinadən Trend xəbər verir.
Tender portfel idarəetməsi və portfel uçotu sistemi üzrə proqram təminatının yaradılmasını nəzərdə tutur.
Tenderdə marağı olan şəxslər lazımi sənədləri 2007-ci il fevralın 22-dən gec olmamaqla təqdim etməlidirlər. Tender təklifləri 2007-ci il matın 5-nə qədər qəbul ediləcək.
Tender proseduru 2007-ci il martın 6-də saat 11:00-da Fondun inzibati binasında keçiriləcək.
Tenderdə nəzərdə tutulan tədbirlər kontrakt imzalandığı gündən 1 il ərzində yerinə yetirilməlidir.
Xəbər lenti
Prezident İlham Əliyev: Qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir
Prezident İlham Əliyev: Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də
Prezident İlham Əliyev: May ayının sonuna qədər Ağdamın baş planının ilkin versiyası təqdim olunacaq