...

"Azercell" Fransa ilə rouminq razılaşması imzalayıb

Telekommunikasiya Materials 1 Fevral 2007 17:07 (UTC +04:00)

"Azercell Telesom" BM mobil operatoru abunçilərin istifadəsinə Fransanın SFR operatoru ilə GPRS/MMS rouminq xidməti təqdim edib. Bu barədə şirkətdən verilən məlumata istinadən Trend sxəbər verir. Bu, Fransa operatoru ilə sayca ikinci GRPS/MMS rouminq razılaşmasıdır.

"Azercell" abunçiləri bu vaxta qədər bu ölkənin "Orange" operatorunun xidmətlərindən itifadə edib.

Bu gün üçün "Azercell Telesom" BM dünyanın 34 ölkəsindən olan 70 şəbəkə operatoru ilə GRPS/MMS sahəsində rouminq razılaşması imzalayıb.

Azercell Telecom BM 1996-cı il yanvarın 19-da yaradılıb. İlk təsisçiləri qismində "Turkcell İletiŞim Hizmetleri A.S." və Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi çıxış edib.

"Azercell Telecom" şirkəti 1996-cı il dekabrın 15-də xidmətə görə sonradan ödəmə yolu ilə abunəçilərə xidmət göstərməyə başlayıb. 1998-ci ildə əvvəlcədən ödəmə - SimSim tarif planı tətbiq edilməyə başlayıb.

Xəbər lenti

Xəbər lenti