...

Azərbaycan "Caspian Telecoms-2007"də iştiraka hazırlaşır

Telekommunikasiya Materials 10 Aprel 2007 13:05 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ Aprelin 12-də İstanbulda keçiriləcək "Caspian Telecoms-2007" Telekommunikasiya və İT texnologiyaları üzrə sərgidə iştirak edəcək Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndə heyətinin tərkibi müəyyənləşib. Bu barədə sərginin təşkilatçısı olan "Iteca Caspian" şirkətindən məlumat verilib. Nümayəndə heyətinə nazirliyin Beynəlxalq əlaqələr və hesablamalar mərkəzinin direktoru Cəlil Cəfərov, "Aztelekom" İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədov, onun müavini Mehman Həsənov, nazirliyin Strateji planlaşdırma və elmi potensial departamentinin rəhbəri İlham Mərdanov, Beynəlxalq əlaqələr və qeyri-hökumət təşkilatları ilə iş üzrə departamentin əməkdaşı Rafael Əzizov və "Azərmətbuatyayım"ın rəhbəri Vüqar Səfərli daxildir.

Azərbaycanı sərgidə təmsil edəcək şirkətlər arasında mobil operatorlar "Azercell Telecom", "Delta Telecom" və "Aztelekom" kimi şirkətlər var. "Caspian Telecoms-2007" sərgisində Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Gürcüstan, Tacikistan, Rusiya, Ukrayna, Belarus, Moldova, Ermənistan, İran, Əfqanıstan, Bolqarıstan, Yunanıstan, Rumıniya, Çin və Pakistan kimi ölkələrin təmsilçiləri iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti