...

Azərbaycan informasiyalaşdırma üzrə RRB toplantısında iştirak edir

Telekommunikasiya Materials 23 Aprel 2007 16:22 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Azərbaycan Rabitə sahəsində Regional Birliyin (RRB) toplantısında iştirak edir.

Bazar ertəsi Rabitə və İnformasiya Texnoloiyaları Nazirliyindən verilən məlumata görə, RRB-nin informasiyalaşdırma üzrə Komissiyası yanında MDB ölkələrində IT biznesinin inkişafı üzrə İşçi Qrupunun 4-cü toplantısında Rabitə Nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin əməkdaşı İsfəndiyar Əliyev iştirak edir.

Bu gün Kişinyovda işinə başlayan İşçi Qrupunun toplantısının gündəliyinə IT sənayesinin vəziyyəti və inkişaf proqnozları, RRB ölkələrində IT assosiasiyaları və informasiya texnologiyaları parklarının yaradılması və fəaliyyəti təcrübəsi, İKT sahəsində ixtisaslaşdırılmış sərgilərdə IT biznesinin nümayəndələrinin iştirakı məsələləri daxildir. Toplantıda həmçinin İşçi Qrupunun 2007-2008-ci illər fəaliyyət planın müzakirə olunması planlaşdırılır.

Bundan əlavə Rabitə Nazirliyinin nümayəndəsi aprelin 24-də Kişinyovda RRB-nin informasiyalaşdırma üzrə Komissiyası yanında standartlaşdırma üzrə İşçi Qrupunun toplantısında da iştirak edəcək.

İclasın əsas məqsədi informasiya texnologiyaları sahəsində standartlaşdırma ilə bağlı aktual məsələlərin müzakirəsidir.

Xəbər lenti

Xəbər lenti