...

Azercell abunəçilərinin sayı 2,5 mln nəfəri keçib

Telekommunikasiya Materials 26 Aprel 2007 17:22 (UTC +04:00)

Azərbaycan,Bakı/ Trend /Azərbaycanın mobil operatoru Azercell BM-in abunəçilərinin sayı 2,5 mln. nəfəri keçib. Şirkətdə hesab edirlər ki, bu göstərici xidmətlərin yüksək səviyyəsindən xəbər verir.

Şirkətdən məlumat verilib ki, 2006-cı ilin avqustunda operatorun abunəçilərinin sayı 2 mln. nəfəri keçib, 2004-cü ilin mayında isə bu göstərici 1 mln. nəfərə çatıb. Beləliklə, 3 il ərzində Azercell-in abunə şəbəkəsi 2,5 dəfə artıb.

"Bu gün biz, Azercell abunəçilərinin sayının 2 500 000 nəfərə çatdırılmasını qeyd edirik. Şirkətimiz bu göstəriciyə Azercell ailəsinin hər üzvünün əməyi və peşəkarlığı hesabına çatıb. Şirkət daha yüksək nəticələri əldə etmək niyyətindədir", deyə Azercell-in baş direktoru Halim Atəş bəyan edib.

Xəbər lenti

Xəbər lenti