...

Azərbaycan Dövlət Neft Şirkətində "SWIFT" kompleksinin müasirləşdirilməsi başa çatıb

Telekommunikasiya Materials 4 İyun 2007 18:41 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend İ.Xəlilova /"Alliance Factors" şirkəti Azərbaycan Dövlət Neft Şirkətində (ADNŞ) "SWIFT" kompleksinin müasirləşdirilməsini başa çatdırıb. Bu işlər "Public Key Infrastructure" (PKI) texnologiyasına miqrasiyanın ikinci mərhələsi çərçivəsində həyata keçirilib. Bu barədə bazar ertəsi ADNŞ-dən məlumat verilib.

Bu mərhələdə 6,0 səviyyəyə qədər SWIFTAlliance Entry, SWIFTAlliance Starter Set, SWIFTNet Link proqram təminatları yenilənib, qüvvədə olan PKI sertifikatları HSM-ə (Hardware Security Module) keçirilib.

Bu əməliyyatlar bu il və gələcək illərdə SWIFTNet-də uğurlu iş üçün çox vacibdir. Bu, həmçinin Relationship Management Application proqram təminatının maneəsiz tətbiqini təmin edəcək. Bu proqram təminatı 2008-ci ildə miqrasiya prosesinin ikinci mərhələsində tətbiq olunacaq.

SWIFTAlliance Starter Set proqramı 2006-cı ilin iyununda "Public Key Infrastructure" texnologiyasına miqrasiyanın ikinci mərhələsinə hazırlıq çərçivəsində tətbiq olunub.

"Alliance Factors"un mənzil qərargahı Moskvada yerləşir, o "SWIFT"in regionda səlahiyyətli əməkdaşıdır.

Xəbər lenti

Xəbər lenti