Azərbaycan, Bakı/ Trend /Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Qobustan rayonunun Ərəbqədim kəndində 128 nömrə, Cəmcəmlidə - 128 nömrə, Poladlıda - 128 nömrə və Bədəlli kəndində 64 nömrə tutumlu elektron ATS-in quraşdırılması üzrə kotirovka sorğusu elan edib.
Qobustan Telekommunikasiya Qovşağının məlumatında bildirildiyi kimi, kotirovka təklifləri iyunun 8-dək qəbul olunacaq.
Regionlarda rabitənin yenidən qurulması üzrə işlər "Elektron Azərbaycan" və Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramına əsasən aparılır.