Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Amerikanın InnoVest Group konsaltinq şirkəti Bakıda texniki transfer və texnologiyaların kommersiyalaşdırılması üzrə regional və beynəlxalq konfransın ("International Tech-Transfer
Konfransın işində dövlət qurumları, Azərbaycanın nazirlikləri, Milli Elmlər Akademiyası, universitetlər, milli və beynəlxalq korporasiyalar, bank və maliyyə təşkilatları, beynəlxalq investor və digər regional təşkilatlar iştirak edəcəklər.
InnoVest Group nümayəndə heyətinin Bakıya səfəri iyunun 5-10-da baş tutub. Nümayəndə heyətinə şirkətin menecer-direktoru Fari Nazemi və menecer-tərəfdaşı David Dastvar daxil olublar. Onlar Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov, İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyevlə görüşlər keçiriblər. Görüşlərdə Azərbaycanda sahibkarlıq mədəniyyətinin stimullaşdırılması, universitetlərdən ticarət şirkətlərinə texnoloji transferlərin stimullaşdırılması üçün işlərin həyata keçirilməsi müzakirə mövzusu olub. Azərbaycan üçün ən yaxçı texniki transfer və kommersiyalaşdırma imkanları təcrübəsinin müəyyənləşdirilməsi üçün InnoVest Group-un texniki imkanları öyrənəcəyi barədə razılıq əldə olunub. Bu məqsədlə şirkət "Yüksək Texnologiyalı Azərbaycan Milli inkubatoru" şəbəkəsinin yaradılması, xüsusilə isə Azərbaycanın texnoloji və innovasiya tələbatı və istəyinin öyrənilməsi, mövcud universitetlərin, laboratoriyaların öyrənilməsi, "Yüksək Texnologiyalı Azərbaycan Milli inkubatoru" mərkəzinin yaradılması, Azərbaycanın texnoloji transfer və kommersiyalaşdırmada regional lider kimi üstünlüyünü artırmaq istiqamətində regioanal və beynəlxalq konfransların keçirilməsi barədə Azərbayacan tərəfi ilə müzakirələr aparacaq.
Dastbvarın sözlərinə görə, növbəti görüş 2007-ci ilin sentyabrına planlaşdırılıb.