...

Azərbaycan İpoteka Fondu kənar auditor cəlb edir

Tender müsabiqələri Materials 5 Oktyabr 2011 12:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Mərkəzi Bankı yanında Azərbaycan İpoteka Fondu (AİF) 2011-ci ilin maliyyə hesabatlarının auditinin keçirilməsi məqsədilə kənar auditor cəlb edir. Bu barədə AİF-in çərşənbə günü rəsmi mətbuatda dərc olunan məlumatında deyilir.

Tenderdə iştirak haqqı 200 manat təşkil edir.

İştirakçılar aşağıdakı sənədləri təqdim etməlidirlər: satınalmada iştirak etmək üçün ərziə, iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi, satınalma üzrə təklif, iddiaçının hüquqi statusunu və iş təcrübəsini əks etdirən sənədlər, təklifin qiymətinin 2 faizi məbləğində bank təminatı, iddiaçının fəaliyyətinin axırıncı ili üzrə maliyyə vəziyyəti barədə bank arayışı.

Tender təklifi və ona dair bank zəmanəti 3 noyabr saat 18-dək qəbul ediləcək, digər sənədlər 21 oktyabr saat 18:00-dan gec təqdim olunmamalıdır. Məsələ üzrə zərflər 4 noyabr saat 15:00-da AİF-in inzibati binasında açılacaq.

Məsələ ilə bağlı əlavə məlumat almaq üçün (012) 441-24-23 (daxili 134) nömrəli telefona zəng etmək olar. Əlaqələndirici şəxs: M.Əliyeva.

Oktyabrın 5-nə olan rəsmi məzənnə 0, 7869 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti