Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir A.Axundov/
Maliyyə Nazirliyi Dövlət Xəzinədarlığ Agentliyi və özü üçün şəbəkə, kompüter avadanlıqlarının və proqram təminatının satınalınması məqsədilə tender elan edib. Trend-in məlumatına görə, bu barədə nazirliyin bazar ertəsi yaydığı məlumatda deyilir.
Tender üç lot üzrə keçirilir. Tender proseduru 2012-ci il oktyabr ayının 12-də saat 11-da Maliyyə Nazirliyində keçiriləcək. Tenderdə iştirak üçün iki lot üzrə - 300 manat, bir lot üzrə 100 manat ödənilməlidir.