...

Azərbaycan Monteneqroda aeroportların idarə olunması ilə bağlı tenderdə iştirak edə bilər

Tender müsabiqələri Materials 25 İyun 2019 17:08 (UTC +04:00)
Monteneqro iki hava limanının idarə olunması və investisiyaların cəlb olunması üçün beynəlxalq tender elan edəcək
Azərbaycan Monteneqroda aeroportların idarə olunması ilə bağlı tenderdə iştirak edə bilər

Bakı. Xeyrəddin Nəsirzadə - Trend:

Monteneqro iki hava limanının idarə olunması və investisiyaların cəlb olunması üçün beynəlxalq tender elan edəcək.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, tenderdə iştirak etmək üçün təklif Azərbaycan şirkətlərinə də göndərilib:

“Biz qərara almışıq ki, hər iki ölkədə investisiya layihələri ilə bağlı məlumatları paylaşaq. Bu, Azərbaycan və Monteneqro şirkətlərinə bu layihələrdə iştirak etməyə imkan yaradacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti